Keçən ilin 11 ayında 3090 əkiz, 117 üçəm və 4 dördəm doğulub Cəmiyyət

Keçən ilin 11 ayında 3090 əkiz, 117 üçəm və 4 dördəm doğulub

2024-cü ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 94246 doğulan körpə qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,1-ə düşüb.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Doğulan körpələrin 53,0 faizi oğlan uşaqları, 47,0 faizi isə qız uşaqları olub.

Körpələrdən 3090-ı əkiz, 117-i üçəm və 4-ü isə dördəm doğulub.