Qida təhlükəsizliyi tələblərini pozan şirin buğda emalı müəssisəsinin fəaliyyəti dayandırıldı Cəmiyyət

Qida təhlükəsizliyi tələblərini pozan şirin buğda emalı müəssisəsinin fəaliyyəti dayandırıldı

Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov küçəsi, ev 72 ünvanında fəaliyyət göstərən fiziki şəxs Orucov Sarvan Kazım oğluna məxsus şirin buğda emalı müəssisəsində yoxlama keçirilib.

Antisanitar şəraitdə fəaliyyət göstərən müəssisədə yoxlama zamanı bişirmə avadanlığından çıxan buğdaların birbaşa döşəməyə yığıldığı, emal prosesində istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi və texnoloji ardıcıllıq prinsipinin pozulduğu, hazır qidaların daşınması üçün xüsusi nəqliyyat vasitələrinin ayrılmadığı, məhsulların qanunvericiliyə uyğun şəkildə markalanmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi, həmçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub.

“Luma” əmtəə nişanlı şirin buğda partlağı məhsulundan nümunə götürülərək laboratoriyaya təqdim edilib.

Faktla bağlı müvafiq tədbirlər görülüb və məhdudlaşdırıcı qərar qəbul olunub.