Bir ildə prokurorluq tərəfindən inzibati xətalar üzrə 3561 icraat başlanıb Cəmiyyət

Bir ildə prokurorluq tərəfindən inzibati xətalar üzrə 3561 icraat başlanıb

2024-cü ildə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında işlər üzrə 3561 icraat başlanıb.

APA xəbər verir ki, bunu yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, 2024-cü ildə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında işlər üzrə 3561 icraat başlanıb inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında digər qurumlar tərəfindən qəbul edilmiş 122 qərar ləğv edilib.

Bundan başqa, hesabat dövründə müvafiq təşkilatlar, fiziki və vəzifəli şəxslər tərəfindən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, eləcə də onları qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror təsir tədbiri qismində 4097 təqdimat verilib, 626 xəbərdarlıq edilib.