Bakıda 1000-ədək elektrik mühərrikli avtobuslar alınacaq Cəmiyyət

Bakıda 1000-ədək elektrik mühərrikli avtobuslar alınacaq

Bakıda sərnişindaşımanı yaxşılaşdırmaq üçün 1000-ədək elektrik mühərrikli avtobuslar alınacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən, 2025−2027-ci illər ərzində NK və RİNN, İN, MN, ETSN, DŞAK, BŞİH, AAYDA, Azərişıq ilə birlikdə müntəzəm sərnişin daşımalarında istismara buraxılacaq elektrik mühərrikli avtobusların alınması və avtobuslara xidmət göstərəcək qaraj (depo) və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsini təmin etmılidir.