MM komitə sədri: Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik Cəmiyyət

MM komitə sədri: Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik

Prezidentin Sərəncamına uyğun olaraq hökumətə tapşırıq verilib ki, 3 ay müddətində sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı öz təkliflərini hazırlasınlar.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

"Yəqin ki, mart ayının sonlarından bu sahədə də artımları görəcəyik", - deyə komitə sədri bildirib.