Bakının Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsində su kəsiləcək Cəmiyyət

Bakının Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsində su kəsiləcək

Bakının Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

Bu barədə "APA-Economics"ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Məlumata görə, işlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq. Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.