Bakıda güclü külək əsir Cəmiyyət

Bakıda güclü külək əsir

Bakıda küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir.

Bu barədə Xalqcebhesi.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

"Fevralın 5-i, saat 08:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir. Küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir. Axşam saatlarında külək bir qədər mülayimləşsə də, 6-sı səhərdən yenidən güclənəcək.", – məlumatda qeyd olunub.