Birinci Qarabağ müharibəsində itkin düşən daha 3 şəhidin dəfn mərasimi keçiriləcək - FOTO Cəmiyyət

Birinci Qarabağ müharibəsində itkin düşən daha 3 şəhidin dəfn mərasimi keçiriləcək - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən daha üç hərbçinin kimliyi eyniləşdirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında deyilir.

Məlumata görə, Birinci Qarabağ müharibəsində itkin düşən 3 hərbçinin qalıqları fevralın 7-də dəfn olunacaq.

Dəfn mərasimləri müvafiq olaraq Yevlax şəhəri Şəhidlər xiyabanı, Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığı, Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında olacaq.