Emin Əmrullayev: İşğaldan azad olunan ərazilərdə 11 məktəb fəaliyyət göstərir Cəmiyyət

Emin Əmrullayev: İşğaldan azad olunan ərazilərdə 11 məktəb fəaliyyət göstərir

Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad olunan ərazilərdə 11 məktəb fəaliyyət göstərir, 272 müəllim işləyir, 2213 şagird təhsil alır.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Nazir qeyd edib ki, 6 məktəbəqədər təhsil müəssisəsində isə 16 tərbiyəçi işləyir, 183 uşaq təhsil alır.