Bakıda Rəqəmsal Məktəb layihəsinin test rejimində tətbiqinə başlanılacaq Cəmiyyət

Bakıda Rəqəmsal Məktəb layihəsinin test rejimində tətbiqinə başlanılacaq

Yaxın günlərdə Bakıda Rəqəmsal Məktəb layihəsinin test rejimində tətbiqinə başlanılacaq.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O bildirib ki, "Sima" ilə, identifikasiya kodu ilə valideyn öz uşağını onlayn izləyəcək.

"Sistemə müəllim, şagird, valideyn və direktor üçün dörd giriş olacaq. Onların kabinetlərində hər birinə aid məlumatlar toplanılacaq", - nazir əlavə edib.