Elm və təhsil naziri: Özəl bağçalar heç vaxt hansısa dövlət qurumunun tabeliyinə keçə bilməz Cəmiyyət

Elm və təhsil naziri: Özəl bağçalar heç vaxt hansısa dövlət qurumunun tabeliyinə keçə bilməz

Özəl bağçalar heç vaxt hansısa dövlət qurumunun tabeliyinə keçə bilməz.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, özəl bağçalar sahibkarlıq subyekti hesab edildiyi üçün hansısa dövlət qurumunun tabeliyinə verilə bilməz.

"Özəl bağçalarda hansısa qanun pozuntusu baş verərsə, məzmundan asılı olaraq, aidiyyəti qurumlar müdaxilə edə bilər", - deyə nazir bildirib.