Azərbaycanda bu müəllimlərin maaşı 1407 manatdır Cəmiyyət

Azərbaycanda bu müəllimlərin maaşı 1407 manatdır

İbtidai sinif üzrə müəllimlərin əmək haqqı əvvəl 748 manat idisə, sertifikasiyadan sonra 1167 manat olub.

Xalqcebhesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər əvvəl 841 manat maaş alırdısa, sertifikasiyadan sonra 1355 manat, riyaziyyat fənni üzrə əvvəl 1016 manat idisə, sonradan 1407 manat, xarici dil üzrə 888 manat idisə, sonradan 1342 manat olub.

Nazir qeyd edib ki, bu artımlar vergilərin də daxil olduğu rəqəmlərdir.