![Peşə təhsilinin stimullaşdırılması müəyyən güzəştlərin tətbiqi ilə məhdudlaşmamalıdır – Deputat](https://xalqcebhesi.az/media/2025/02/12/225x136/elcin_mirzebeyli_37.jpg)
![Peşə təhsilinin stimullaşdırılması müəyyən güzəştlərin tətbiqi ilə məhdudlaşmamalıdır – Deputat](https://xalqcebhesi.az/media/2025/02/12/225x136/elcin_mirzebeyli_37.jpg)
İlkin hesablamalara görə işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan azı 3000 nəfər şəxsin peşə təhsili üzrə cəmi təhsil haqqı xərcləri təqribi 3.5 mln. manat təşkil edəcək”
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-26, 2026-27, 2027-28-ci tədris illəri üzrə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş şəxslərin təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Layihə sözügedən ərazilərdə dayanıqlı məşğulluğun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlərdən biri kimi həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılmasına xidmət edəcəkdir.
Təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsinin “AR-nın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I DP” nın qüvvədə olduğu müddətdə həyata keçirilməsi nəzərdə tutulur.