![“Bu, tamamilə yeni üfüqlər yaradır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476329611_1423735718587706_1084446152334295282_n.jpg)
![“Bu, tamamilə yeni üfüqlər yaradır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476329611_1423735718587706_1084446152334295282_n.jpg)
Fevralın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bidirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.
Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.