![AB "missiyası" bu dəfə Qubadlı ilə sərhəddə - FOTO - VİDEO](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/67ae1405d5ce467ae1405d5ce5173946163767ae1405d5ce267ae1405d5ce3.jpg)
AB "missiyası" bu dəfə Qubadlı ilə sərhəddə - FOTO - VİDEO
13 Fevral 21:10
Ötən ay fəaliyyətinin dayandırıldığı deyilən “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsi işini davam etdirir. Klinika pasiyentləri qəbul edir, həkimlər müayinə və müalicə prosedurları həyata keçirirlər.
Xalqcebhesi.az xəbər verir ki, “Laser Beauty Estetik Klinikası”nın hüquqşünası Toğrul Allahyarov Teleqraf-a açıqlamasında tibb müəssisəsinin əvvəlki qaydada fəaliyyət göstərdiyini təsdiqləyib.
“Lisenziyanın ləğvi ilə bağlı müvafiq qurumlara müraciət olunmayıb, buna görə də klinika fəaliyyətini əvvəlki qaydada davam etdirir. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə hazırda araşdırmalar aparılır və məhkəmənin yekun qərarı gözlənilir”, - hüquqşünas söyləyib.
Klinikadan da bildirilib ki, müəssisənin hər iki filialı pasiyentlərini qəbul edir:
“Klinikamız bağlanmayıb, hazırda hər iki filialda həkimlərimiz prosedurları həyata keçirirlər. Klinikanın bağlanması yönündə yayılan xəbərlər vergi məsələləri ilə bağlıdır”.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, “Laser Beauty Estetik Klinikası” ilə bağlı araşdırma və hüquqi prosedurlar davam edir.
“Mərkəz nəzarətedici orqandır və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əsasən, özəl tibb müəssisələrinin planlı və plandankənar yoxlamasını həyata keçirir. Hər hansı müəssisənin lisenziyasının dayandırılması və ləğvi məsələsi “Lisenziyalar və icazələr haqqında” qanununa əsasən lisenziya verən orqanın, yəni İqtisadiyyat Nazirliyinin səlahiyyətindədir”.
Xatırladaq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən yanvarın 22-dən 23-dək klinikada yoxlamalar aparılıb, müəssisənin lisenziyada qeyd edilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti göstərilməsi aşkar olunub.
Müəssisədə yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Həmçinin, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.
Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək mövcud qanunvericiliyə əsasən, klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görüldüyü bildirilib.