![170 azərbaycanlı işgəncələrlə öldürüldü](https://xalqcebhesi.az/media/2025/02/14/225x136/xocali-irfan_(1).jpg)
170 azərbaycanlı işgəncələrlə öldürüldü
14 Fevral 22:52
Dolores Həsənova- 85
Tibb elmləri doktoru, akademik Əbdüləhəd Səftər oğlu Həsənov sağlığında tibb sahəsində tanınan alimlərdən biri olub. O, "karoto-naftalan" (karotinlə naftalanın qarışığı) təbii pereparatının müəllifidir və bu preparat İkinci Dünya müharibəsi illərində irinli yaraların müalicəsində geniş tətbiq olunub...
Bu gün sizə mərhum akademikin yadigarı- Dolores Həsənova haqqında söhbət açmaq istəyirəm. Dolores xanım 1940-cı ildə dünyaya gəlib. Atasının yolunu davam etdirərək, 1965-ci ildə indiki Azərbaycan Tibb Universitetini həkim-farmakoloq kimi bitirib. Elə o vaxtdan da həmin universitetdə qalaraq baş laborant, assistent, baş müəllim vəzifələrində çalışıb. 1996-cı ildən indiyədək isə universitetin farmakologiya kafedrasının dosentidir. 2011-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, tibb elmləri namizədidir...
Emosional xarakteri var. Sərbəstliyi çox sevir, azadlığına bağlı xanımdır. Onunla uzun müddət bir yerdə olan doğmaları və dostları bu xüsusiyyətlərini yaxşı bilirlər. Olduqca qərarlıdır və etmək istədiyinə mütləq nail olur. Dəyişkən və bacarıqlı xarekterə sahib olması bu mövzuda ona hər zaman kömək edir. Gözəl xüsusiyyətləri ilə diqqəti öz üzərinə çəkə bilir. İnsanlarla ünsiyyətdə isə mehriban və diqqətlidir...
Deyir ki:- “Belə uzunömürlü olmağımın əsas səbəbi insanlara olan məhəbbətimdir. Heç vaxt, heç kimin pisliyini arzulamamışam. İstəmişəm ki, hamı xoşbəxt olsun, mən də onlardan biri...”
Mərd, sözübütöv xanım olduğu üçün yaxınları, tanışları tərəfindən çox sevilir. Əsasən məntiqi davranışı ilə tanınır. Təmkinlidir, hər kəsi dinləməyi bacarır, sonda isə ədalətli qərar verir. Heç kimin işinə, şəxsi həyatına qarışmağı sevmir. Təbiiliyi, səmimiyyəti sevir və bununla ətrafdakıları özünə heyran etməyi xoşlayır. İş həyatında yeniliklərə həmişə açıq adamdır. Liderlik ruhu sayəsində bir çox işlərdə uğur qazanır. Kollektiv işlərdə bacarıqlı, nizamlı və intizamlıdır. İşlərinə müdaxilə olunmasını sevmir və sevmədiyi adamlarla ünsiyyətdə olmağı xoşlamır...
Adının Dolores olması sizi təəccübləndirməsin. Atası azərbaycanlı olan bu gözəl xanımın anası alman olub. Elə bu ispan mənşəli adı da ona anası qoyub...
Bəli, haqqında söhbət açdığım akademik qızı, dosent Dolores Həsənova belə xanımdır.
Fevralın 15-i nə az, nə çox 85 yaşı tamam olur. Ona uzun ömür, ağrı-acısız günlər arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu