Ağstafada bir ailənin 4 üzvü dəm qazından zəhərləndi Cəmiyyət

Ağstafada bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Belə ki, kənd sakini olan 4 nəfər yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.