Xüsusi texnikalar hazır vəziyyətə gətirildi - BŞİH Cəmiyyət

Xüsusi texnikalar hazır vəziyyətə gətirildi - BŞİH

Gözlənilən qarlı hava şəraitilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞHİ) tərəfindən rayon icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Report-a BŞHİ-dən məlumat verilib.

Bildirilib ki, şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər:

"Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq. Rayonlarda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb ediləcək", - məlumatda qeyd olunub.