Bakıya və rayonlara qar yağır, külək güclənib - FAKTİKİ HAVA Cəmiyyət

Bakıya və rayonlara qar yağır, külək güclənib - FAKTİKİ HAVA

Fevralın 20-si saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Xalqcebhesi.az xəbər veri ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Hazırda Bakıda və Abşeron yarımadasında, o cümlədən Şərur, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Gəncə, Beyləqan, Tovuz, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Xınalıq, Şabran, Şahdağ, Yardımlı, Lerik, Fizuli, Şuşa, Xankəndi, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlıda qar yağır.
Şahbuz, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Biləsuvar, Lənkəran, Astara, Ağdamda yağış müşahidə olunur.
Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şahdağda 20 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 5, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda isə 12 dərəcəyədək şaxta qeydə alınıb.