Deputat Samir Vəliyev vətəndaş qəbulu keçirib Cəmiyyət

Deputat Samir Vəliyev vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Samir Vəliyev YAP Nərimanov rayon təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib.

Deputat qəbul zamanı seçicilərin çoxsaylı problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub. Görüşdə vətəndaşların qaldırdıqları məsələlər əsasən, işsizlik, sosial müavinət, sağlamlıq problemləri və digər sahələri əhatə edib.

Görüşdə vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib