Qarlı hava səbəbindən 15 nəfər xəsarət alıb Cəmiyyət

Qarlı hava səbəbindən 15 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və s. nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub, 2 nəfərə cərrahi müalicə tətbiq olunub.