.jpg)
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib
21 Fevral 22:41
21 Fevral 22:41
21 Fevral 21:36
21 Fevral 16:48
"Bir Könüllü" Tələbə Təşkilatının və "Pathtomath" Tələbə Riyaziyyatçılar Klubunun birgə təşəbbüsü ilə 24-29 mart 2025-ci il tarixlərində Quba rayonunda tələbələrin yaz düşərgəsi - “MathCamp 2025” təşkil ediləcək.
Bu barədə Xalqcebhesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Düşərgənin əsas məqsədi tələbələr arasında ali riyaziyyata marağı artırmaq, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahələrində tətbiqi barədə məlumatlandırmaq və yaz tətili dövründə tələbələrin riyazi biliklərini gücləndirməkdir.
Düşərgədə riyaziyyat, fizika və texniki ixtisaslarda bakalavriat səviyyəsi üzrə III və IV kursda, eləcə də magistratura, doktorantura səviyyəsində təhsil alan tələbələr, məzunlar və gənc mütəxəssislər iştirak üçün müraciət edə bilərlər.
Düşərgə çərçivəsində iştirakçılar üçün ali riyaziyyatın əsasları, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqləri, ədədlər nəzəriyyəsi və kriptoqrafiya mövzularında mütəxəsislər tərəfindən xüsusi hazırlanmış təlimlər keçiriləcək.
İştirakçıların həm öyrənməsi, həm də əylənməsi məqsədilə düşərgədə müxtəlif idman və bilik yarışları təşkil olunacaq. Təlimlərin sonunda bütün iştirakçılar sertifikatla təltif olunacaqlar. Seçilmiş namizədlər "Riyazi analiz" və "Cəbr və ədədlər nəzəriyyəsi" fənləri üzrə baza biliklərinin yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında iştirak edəcəklər. Test imtahanı mart ayında təşkil ediləcək.
Düşərgədə iştirak etmək istəyən tələbələr 8 mart 2025-ci il tarixinədək qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.