Bu gün avtobuslar saat 21:00-dək işləyəcək Cəmiyyət

Bu gün avtobuslar saat 21:00-dək işləyəcək

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif ərazilərdə avtobusların hərəkətində ciddi çətinliklər yaranıb.

Bu barədə Xalqcebhesi.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidən məlumat verilib.

Bununla əlaqədar olaraq, şəhərdaxili marşrutlar üzrə avtobuslar 21:00-dək fəaliyyət göstərəcək.

Sərnişinlərdən mənzil başına çatmaq üçün qeyd olunan vaxtadək ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.