Xocalı soyqırımının 33-cü ildönümü anılıb Cəmiyyət

Xocalı soyqırımının 33-cü ildönümü anılıb

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də Xocalı soyqırımının 33-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan institutun direktoru, professor İbrahim Cəfərov bildirib ki, Azərbaycan dövləti və xalqı müstəqilliyinin ilk addımlarından başlayaraq bir sıra ciddi sınaqlarla üzləşib. Bu sınaqlardan ən ağırı və ən dəhşətlisi 32 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Ermənistan Silahlı Qüvvələri tərəfindən xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımıdır. Uzun illər informasiya blokadasında qalan Azərbaycan öz həqiqətlərinin dünyaya ardıcıl və sistemli şəkildə çatdırılmasına 2000-ci ildə başlaya bilib. 2008-ci ildə start verilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində faciənin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, soyqırımı faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əks olunub.

İbrahim Cəfərov qeyd edib ki, Xocalı soyqırımının günahsız qurbanlarının qisası döyüş meydanında alınıb. Artıq Xocalıda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bu gün cənab Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub. “Böyük Qayıdış” prosesi tezliklə Xocalını da əhatə edəcək.

Tədbirdə çıxış Ermənistanın hərbi-siyasi cinayətləri, tarixən həyata keçirdiyi işğalçılıq siyasəti barədə məlumat verib, Xocalı soyqırımının dəhşətlərinin unudulmaması üçün anım tədbirlərinin əhəmiyyətini vurğulayıblar.