Daun sindromlu uşaqlar üçün sosial müəssisənin hansı hallarda yaradıla biləcəyi açıqlanıb Cəmiyyət

Daun sindromlu uşaqlar üçün sosial müəssisənin hansı hallarda yaradıla biləcəyi açıqlanıb

Regionlarda Daun sindromlu uşaqların valideynlərinin sosial xidmət müəssisəsi yaradılması ilə bağlı müraciətlərinə necə baxılacağı açıqlanıb.

APA xəbər verir ki, bu barədə bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov məlumat verib.
“Çox güman ki, bu il biz sosial xidmət interaktiv xəritəmizi təhvil verəcəyik. Beləliklə, istənilən vətəndaş daxil olub hansı rayonda, hansı kənddə, hansı növ sosial xidmətin göstərilməsi ilə bağlı müraciət edə biləcək. Bununla da, şərti olaraq xəstəlik daşıyıcısına hansı xidmət göstərilirsə onlayn rejimdə izləmək mümkün olacaq. Bu, bizə müəyyən imkan verəcək. Məsələn, şərti olaraq regionlarda Daun sindromlu uşaqların valideynləri müraciət edəcək ki, bu istiqamətdə sosial xidmət müəssisəsinin yaradılmasına ehtiyac var. Biz də dərhal həmin xidmətlərin əvvəlcədən təşkil edilməsinə nail olacağıq”, - deyə Babək Hüseynov bildirib.