Azad olunmuş ərazilərdə nəsli kəsilmək təhlükəsində olan 165 bitki növü var Cəmiyyət

Azad olunmuş ərazilərdə nəsli kəsilmək təhlükəsində olan 165 bitki növü var

İşğaldan azad olunmuş ərazilərdə nəsli kəsilmək təhlükəsində olan 165 bitki növü var.

APA-nın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu AMEA-nın vitse prezidenti, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü, İradə Hüseynova işçi qrupun iclasında deyib.
"İşgaldan azad edilmiş ərazilərdə 57 fəsilə və 99 cinsə aid nəsli kəsilmək təhlükəsində olan, 34 fəsilə və 84 cinsə aid 119 endem və subendem növ var", - o bildirib.

O qeyd edib ki, Azərbaycan florasında olan bitkilərin 35 faizdən çoxu Qarabağda yayılıb.