Növbəti günlərdə geomaqnit qasırğası gözlənilir Cəmiyyət

Növbəti günlərdə geomaqnit qasırğası gözlənilir

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Xalqcebhesi.az-a bildirilib ki, günəşin fəallığı qismən zəifləyib. Günəşin səthində ləkələrin sayı azalaraq 10 ləkə qrupunda 139 ləkə müşahidə olunur.

Günəş küləyinin maksimal sürəti 829 km/san-dək artıb. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hazırda Günəş küləyinin sürəti 494 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 7 nT, radial istiqamətdə isə 3.80 nT təşkil edir.

Avroraların müşahidə olunması ehtimalı yuxarı coğrafi enliklərdə 25 faiz, orta coğrafi enliklərdə isə 1 faizdir.

Geomaqnit sahəsi –Yüksəksürətli Tac Dəliyi Axınlarının təsiri ilə martın 3-də qeyri-sabit olacaq, martın 4-5-də isə G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.