Türkiyədə 27 min azərbaycanlı təhsil alır Cəmiyyət

Türkiyədə 27 min azərbaycanlı təhsil alır

“Türkiyədə 136 min əcnəbi tələbə təhsil almaqdadır ki, onların da 27 min nəfəri azərbaycanlıdır. Təqaüd sistemindən faydalanan tələbələrimizin sayı isə 20 min nəfərdir”.

APA xəbər verir ki, bu barədə Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə təmsilçisi Serdar Gündoğan Bakıda keçirilən “Stratcom Public Forum”unun panel müzakirəsində bildirib.

“Türkiyə Maarif Vəqfi olaraq təşkilatımızın 56 ölkədə rəsmi nümayəndəliyi fəaliyyət göstərməkdədir. Vəqfimiz fəaliyyət göstərdiyi ölkələrdə 70 min nəfər gənci təqaüdlə təmin edir”, - o qeyd edib.