Bakıda Qazaxıstanın təhsil günləri keçirilib Cəmiyyət

Bakıda Qazaxıstanın təhsil günləri keçirilib

4 mart 2025-ci il tarixində Bakıda Qazaxıstanın 23 universitetinin iştirak etdiyi təhsil sərgisinin rəsmi açılışı baş tutdu. Tədbir azərbaycanlı yuxarı sinif şagirdlərə və tələbələrə Qazaxıstanın aparıcı universitetləri tərəfindən təklif olunan akademik proqramlar ilə tanış olmağa imkanı yarıtdı.

Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel açılış mərasimində etdiyi nitqində bu sərginin iki ölkənin tarixində ilk belə tipli tədbir olduğunu və ali təhsil sahəsində iş birliyinə töhfə verəcəyini vurğulayıb.

“Qazaxıstan və Azərbaycan arasında əlaqələr bu gün ən yüksək səviyyəyə çatıb. Biz sözdə deyil, əməldə müttəfiq olduq. Əməkdaşlığımız bütün sahələrdə uğurla inkişaf edir. Biz istəyirik ki, ali təhsil və elm sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın aparıcı qüvvələrdən biri olsun”, - deyə, A. Bayel qeyd edib.

Təhsil sərgisi çərçivəsində sponsorların dəstəyi ilə Qazaxıstana pulsuz aviabiletlər, kitab mağazalarına sertifikatlar, fitness zallarına abunəliklər, qulaqcıqlar və başqa hədiyyələr oynanılıb. Bundan başqa, qazax milli məhsullarının satıldığı xeyriyyə yarmarkası da təşkil edilib.

Həmçinin, 4 mart 2025-ci il tarixində ADA Universitetində Qazaxıstan və Azərbaycan universitetləri arasında əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada Qazaxıstanın Səfiri Alim Bayel, QR-nın Elm və Ali Təhsil Naziri Sayasat Nurbek, AR-nın Elm və Təhsil Naziri Emin Əmrullayev, habelə hər iki ölkənin aparıcı universitetlərinin rektorları iştirak ediblər.

S. Nurbek Qazaxıstanda elm və ali təhsil sahəsində aparılan genişmiqyaslı islahatlardan söz açıb. Qazaxıstan regional təhsil xabına çevrilməkdədir. Ölkədə artıq 34 nüfuzlu xarici universitetin filialı fəaliyyət göstərir. 2024-cü ildə ali təhsil almaq üçün 31 mindən çox xarici tələbə Qazaxıstana gəlib. Gənc alimlərə hərtərəfli dəstək göstərilir, elmin kommersiyalaşdırılması həyata keçirilir.

E. Əmrullayev Azərbaycan ali təhsil və elm sahəsində Qazaxıstanla əməkdaşlığı gənişləndirməyi planlaşdırdığını vurğulayıb. O, hal-hazırda təhsil strategiyaları, tərəfdaş ali təhsil müəssisələri ilə əməkdaşlıq planları və innovativ yanaşmaların tətbiqi istiqamətində işlər davam etdirildiyini əlavə edib. O, eyni zamanda, akademik və tədqiqat sahələrində yeni imkanların yaradılması məqsədilə birgə fəaliyyətin genişləndirildiyini vurğulayıb.

Dəyirmi masa çərçivəsində iki ölkənin universitetləri arasında 40 qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimi baş tutub. Həmçinin, Nazirlər akademik mobilliyə, birgə tədqiqatlara və elmi əməkdaşlığa xüsusi diqqət ayrılması barədə razılıq əldə etdilər.

Tərəflər QR-nın Elm və Ali Təhsil Nazirliyi ilə Azərbaycanın Ali Attestasiya Komissiyası arasında əhəmiyyətli bir sənədin imzalandığını qeyd ediblər. 3 mart tarixində Qazaxıstanın Baş Nazirinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış bu saziş, tədqiqat işlərinin nəşri üçün təklif olunan elmi nəşrlər siyahısının formalaşdırılması sahəsində əməkdaşlığı müəyyənləşdirir.

Cavid