Yollarda görmə məsafəsi məhdudlaşacaq Cəmiyyət

Yollarda görmə məsafəsi məhdudlaşacaq

13:52

Martın 9-u axşamdan 14-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə fasilələrlə dumanlı hava şəraitinin olacağı gözlənilir.

Bu barədə Xalqcebhesi.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.