Erməni diasporu Azərbaycanın xaricdə təşkil etdiyi tədbirlərə qatılan ekspertləri hədəf seçib Cəmiyyət

Erməni diasporu Azərbaycanın xaricdə təşkil etdiyi tədbirlərə qatılan ekspertləri hədəf seçib

Xaricdə keçirilən tədbirlərimizdə çıxış edən xarici ekspertlər təqibə məruz qalırlar.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkil etdiyi “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə deputat Fariz İsmayılzadə deyib.

“Son zamanla erməni diasporu tərəfindən bizim tədbirlərdə çıxış edən ekspertlərin çalışdığı universitetlərə çoxlu məktublar yazır, onların kafedrasını bağlayır və başqa yolla təzyiqlər edirlər. Biz xarici dostlarımızı, ekspertlərimizi xarici səfirliklər yolu ilə qorumalıyıq”, - deyə deputat vurğulayıb.