

Azərbaycan Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mütəxəssisləri ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin təşkil etdiyi qarölçmə işlərində birgə iştirak edilməsi, ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə mart ayının 7-dən etibarən Azərbaycanın yüksək dağlıq ərazilərində qarölçmə işlərininin aparılması üçün ekspedisiyalar təşkil edilib.
Dövlət Xidmətindən Xalqcebhesi.az-a bildirilib ki, qarölçmə işləri 36 marşrut üzrə olmaqla Böyük Qafqazda 16, Kiçik Qafqazda 7, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərində 8, Naxçıvan MR-nın dağlıq ərazilərində isə 5 marşrut üzrə aparılacaq.
Qaqölçmə işləri Böyük Qafqazın (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar), Kiçik Qafqazın (Daşkəsən, Gədəbəy, Göygöl), Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonunun (Kəlbəcər, Laçın, Şuşa, Xocavənd) və Naxçıvan MR-nın (Şahbuz, Ordubad) ərazisindən axan çayların hövzələrində həyata keçirilməklə qar örtüyünün hündürlüyü, çəkisi ölçülərək onun sıxlığı və sululuğu təyin olunacaq.