Bu müəllimlərin nəzərinə: imtahan qaydaları dəyişdi Cəmiyyət

Bu müəllimlərin nəzərinə: imtahan qaydaları dəyişdi

Kimya, fizika və riyaziyyat fənni üzrə sertifikasiya imtahanında iştirak edəcək əllilliyi olan müəllimlər üçün qaydalara dəyişiklik edilib.

Xalqcebhesi.az xəbər verir ki, bunu Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev bildirib.

"Bakı Şəhər Təhsil İdarəsi və Regional Təhsil İdarələri bizə 1-ci qrup gözdən əllilliyi olan müəllimlərin siyahısını təqdim edib. Sertifikasiya imtahanının test mərhələsində bu müəllimlərin hər biri üçün əlavə nəzarətçi ayrılacaq. Nəzarətçi yanlarında oturub suallarla bağlı kömək edəcək. Bu müəllimlərə digərlərindən fərqli olaraq əlavə 60 dəqiqə vaxt veriləcək, eyni zamanda, riyaziyyat, fizika və kimya fənnlərindən qrafik suallar yazılı suallarla əvəzlənəcək", - o qeyd edib.