
Tramp Ukraynaya hərbi yardımı bərpa etdi - Təcili
11 Mart 22:49
11 Mart 22:49
11 Mart 19:51
11 Mart 15:35
ABŞ Təhsil Nazirliyi yenidənqurma prosesi çərçivəsində 1300 işçini işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.
APA xəbər verir ki, nazirliyin Reyçel Oqlesbi adlı rəsmisi planlaşdırılan ixtisarların tezliklə baş tutacağını deyib.
Nazirliyin işçilərinin ümumi sayının 4000-dən çox olduğunu və onlardan 1300 nəfərin ixtisar edilməsinin planlaşdırıldığını qeyd edən Oqlesbi, qurumun Nyu-York, Boston, Çikaqo və Klivlend kimi şəhərlərindəki binalarının icarə müqavilələrinə də xitam verdiyini bildirib.
Prezident seçildiyi ilk gündən bir çox dövlət qurumunda ixtisarlar edən Donald Tramp seçki kampaniyası zamanı etdiyi çıxışlardan birində vəzifəyə gəldiyi zaman edəcəyi ilk işlərdən birinin Vaşinqtonda yerləşən Təhsil Nazirliyini bağlamaq olacağını demişdi. O bütün təhsil və təlim əməliyyatlarının ştatlara qaytarılmalı olduğunu demişdi.
Ekspertlərin fikrincə Tramp Təhsil Nazirliyini bağlamaq üçün Senatdan ən azı 60 səs toplamalıdır. Bunun üçün o demokratların da səsinə ehtiyac duyacaq.