

2024-cü ildə 165 uşaq (81 oğlan və 84 qız) övladlığa verilib.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
“Övladlığa götürülmüş uşaqlardan 35 uşaq müəssisədən, 80 uşaq qohumları tərəfindən, 41 uşaq ögey valideyn tərəfindən, 8 uşaq valideynlərarası razılıq əsasında, 1 uşaq əcnəbilər tərəfindən övladlığa götürülən uşaq olub. Eyni zamanda, 2024-cü il ərzində 30 uşaq himayədar ailə yanına yerləşdirilib”, - hesabatda qeyd olunub.