

Bu gün Saatlı rayonunda “Pambıq bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda bölgənin DAİM sədrləri, mütəxəssislər, pambıq becərilməsi ilə məşğul olan fermerlər, iş adamlarının iştirakı ilə seminar keçirilib.
Bitki Mühafizə və Texniki Bitkiıər ETİ- nin tədqiqatçı alimlərindən Ələddin Tağıyev, İsmayıl Nəbiyev, Xurşid Aslanova, Səbuhi Eldarov müxtəlif mövzularda, “pambıqçılıqda yeni sortların yaradılması, becərmə texnologiyaları, pambığın zərərverici və xəstəlikləri, pambıqçılıqda quraqlıq və şoranlıq stresləri, onlarla mübarizə” çıxış ediblər, fermerləri maraqlandıran suallara cavab veribilər.
Yetkin rəy ondan ibarət idi ki, daha məhsuldar, müasir tələbatlara cavab verən yerli pambıq sortlarının toxumçuluğu yaradılmalı, xaricdən toxum alınması məhdudlaşdırılmalıdır.
ETİ-nin rəhbəri, professor İbrahim Cəfərov tədbirin yüksək səviyyədə keçməsi üçün Saatlı DAİM sədri Ağa Əsədova və həmkarlarına dərin təşəkkürlərini bildirib.