
Cari ilin yanvar ayı ərzində ölkədə 5727 ölüm halı qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Qeyd olunub ki, 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,4-dən 6,6-ya qədər artmışdır.