

Abşeron rayonu, Qobu qəsəbəsində ötən gün avtoqəza nəticəsində qaz xətti yararsız hala düşüb.
"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan səbəbdən 03.04.25-ci il tarixdə saat 23:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Məlumata görə, Qobu qəsəbəsinin bir hissəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Hal-hazırda təmir-bərpa işləri aparılır.