Bu ərazilərdə qaz olmayacaq Cəmiyyət

Bu ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Xalqcebhesi.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar 08.04.2025-ci il saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı “Abşeron” ölçü qovşağından dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Novxanı ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.