Suraxanının bir hissəsində işıq olmayacaq Cəmiyyət

Suraxanının bir hissəsində işıq olmayacaq

Bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Hövsan qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.

“Azərişıq”dan “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar saat 09:00-dan saat 16:00-dək qəsəbədə yerləşən Bağlar yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.