Bu universitet ilk dəfə elektron qəbul həyata keçirir Cəmiyyət

Bu universitet ilk dəfə elektron qəbul həyata keçirir

İlk dəfə olaraq Milli Müdafiə Universitetinə elektron qaydada qəbul prosesi həyata keçirilir.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Milli Müdafiə Universitetinin nümayəndəsi Orxan Qarayev bildirib.

O qeyd edib ki, Milli Müdafiə Universiteti 30 may tarixinə qədər Heydər Əliyev adına Hərbi İnstitut, Hərbi Tibb Fakültəsi, Bakı və Naxçıvan Hərbi kollecləri, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına hərbi liseylərə elektron sənəd qəbulunu elan edib.

Belə ki, vətəndaşlar artıq hansısa müəssisəyə yaxınlaşmadan, ölkənin istənilən bölgəsindən Milli Müdafiə Universitetinin (mmu.edu.az) rəsmi saytına daxil olaraq, “təhsil müəssisələrinə qəbul” bölməsinə keçid edib, qeydiyyatdan keçə bilərlər.

Hazırda Milli Müdafiə Universitetinin tabeliyində tam orta təhsil, kollec, bakalavr, subbakalavr və magistratura, doktorantura pillələri üzrə tədris həyata keçirilir.