
Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov
12 Aprel 23:10
12 Aprel 23:10
12 Aprel 19:30
12 Aprel 17:10
Qəribədir, nədənsə Azərbaycanda hər hansı bir təşkilata yeni rəhbər gələndə, sanki özündən əvvəlki rəhbərin xidmətlərini görmür və onu gözdən salmağa çalışır...
Bu gün Mətbuat Şurasının binasında olarkən, şahidi olduğum bir mənzərəni sizinlə bölüşmək istəyirəm. Binanın ikinci mərtəbəsindəki dəhlizin ən görməli yerində təşkilatın sabiq sədri Əflatun Amaşovun portreti asılıb. Mən Əflatun Amaşovu yaxından tanımıram, amma bu mənzərə mənə ABŞ-da olarkən, müxtəlif təşkilatlarda rast gəldiyim görkü xatırlatdı və çox sevindim. Sevindim ki, Azərbaycanda da kin-küdurətdən, xəbislikdən uzaq rəhbərlər var...
Rəşad Məcidi yaxından tanımasam da, necə deyərlər, nə dostluğum, nə yoldaşlığım olmasa da geniş ürəyinə görə ona rəğbətim artdı. Onun bu nümunəsi- məndən gözəl yoxdur, yox- prinsipi ilə yaşayıb, özündən müştəbeh olan rəhbərlərə örnək olmalıdır...
Var ol, Rəşad Məcid!
Hörmətlə, Elman Eldaroğlu