Ölkədə qeydə alınan ölüm hallarının sayı açıqlanıb Cəmiyyət

Ölkədə qeydə alınan ölüm hallarının sayı açıqlanıb

Ölkədə ölüm halları artıb.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Bu ilin ilk iki ayında ölkədə 10461 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,2-dən 6,3-ə qədər artıb.