Magistr imtahanlarına qeydiyyat başa çatdı - 17454 nəfər... Cəmiyyət

Magistr imtahanlarına qeydiyyat başa çatdı - 17454 nəfər...

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Məlumata əsasən 17454 bakalavr ərizəsini təsdiq edib. Bunlardan 15 998-i Azərbaycan bölməsi, 1 456-sı isə rus bölməsinin bakalavrlarıdır.

Yaxın günlərdə “İmtahana buraxılış vərəqəsi” təqdim olunacaq.

Qeyd edək ki, imtahan mayın 11-də keçiriləcək.