Zərərçəkmiş: Qardaşımın yerini de, sümüklərini tapaq Cəmiyyət

Zərərçəkmiş: Qardaşımın yerini de, sümüklərini tapaq

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Yaşar Əlməmmədov ifadə verib.

Xalqcebhesi.az xəbər verir ki, Yaşar Əlməmmədov söz alaraq, Madat Babayana itkin düşmüş qardaşı barədə sual verib:

“Mənim qardaşım Namiqi sənin dəstən apardı. Haraya aparmısan? Qardaşımın yerini de, heç olmasa, sümüklərini tapaq. Onun arvadı həmin vaxt hamilə idi, oğlu oldu. İndi qardaşımın oğlunun 33 yaşı var, dərddən başı ağarıb. Qardaşım haradadır? Yerini de!”

M.Babayan isə cavabında Namiq Əlməmmədovu tanımadığını iddia edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.