

Bakıda 15 gündür satışa çıxmasına baxmayaraq, göycə alçasının qiymətində ciddi enmə yoxdur.
Xalqcebhesi.az xəbər verir ki, hazırda göycə (alça) 70 manata təklif edilir.
Satıcıların sözlərinə görə, hazırda satılan göycə yerli məhsul deyil, İrandan tədarük edilir. Yerli göycə hələ yetişməyib.
Adi, həm də yerli alçalar isə 14-15 manat civarındadır.