

25 Aprel 18:13
Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.
Bu barədə Xalqcebhesi.az-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, aprelin 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 22-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin aprel ayının pensiya ödənişləri həyata keçirilib.