

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsi bu gündən etibarən başlayıb.
Bu barədə APA-ya İnsan Resursları Mərkəzindən xəbər verilib.
Bildirilib ki, vakansiya üzrə seçim mərhələsi 5 may saat 13:00-a qədər davam edəcək. Müəllimlər qeyd olunan tarixə qədər vakansiya seşiçi edərək elektron ərizələrini təsdiqləməlidirlər.
Qeyd edək ki, bundan əvvəlki mərhələdə şəhid ailəsi üzvləri üçün vakansiya mərhələsi aktivləşmişdi.