

29 Aprel 21:46
29 Aprel 19:33
29 Aprel 18:21
Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Agentliyi məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.
Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6 may tarixinə təsadüf edəcək.