Zənganda tarixi əsər qaçaqmalçıları həbs edilib Güney Azərbaycan

Zənganda tarixi əsər qaçaqmalçıları həbs edilib

Zəngan əyalətinin Mədəni İsr Təşkilatının mühafizə bölməsinin başçısı polkovnik Həsənəli Fəzli mediaya verib.

Zəngan əyalətinin Mədəni İsr Təşkilatının mühafizə bölməsinin başçısı polkovnik Həsənəli Fəzli əyalətin Mahnişan şəhərinin Bəyamlı kəndində 4 tarixi əsər qaçaqmalçısının həbs edildiyini deyib.

O, saxlanılan şəxslərin tarixi əsərlər əldə etmək üçün qanunsuz qazıntı apardıqlarını, bu məqsədlə bölgəyə gətirdikləri avadanlıqların müsadirə edildiyini söyləyib.

Qeyd edək ki, son həbslə birgə son dörd ay ərzində Zənganda həbs edilən tarixi əsər qaçaqmalçılarının sayı 22 nəfərə çatıb.

Gunaz.tv